AZAL və millimizin üzvü üçün mövsüm erkən başa çatdı

13:48 - 29 Aprel 2016

Ayağında çat aşkar olunub
 
Azərbaycan Premyer Liqanın 31-ci turunda "Rəvan"la səfərdə oyununda zədələnərək meydançanı tərk edən AZAL-ın futbolçusu Kamal Mirzəyevin durumuna aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, həkim müayinəsindən keçirilən yarımmüdafiəçi çempionatın sonuna qədər məşqlərə çıxa bilməyəcək. Sağ ayağının pəncə sümüyündə çat aşkar olunduğu üçün Mirzəyevin ayağı gipsə salınıb. Klub həkimlərinin bildirdiyinə görə, futbolçu yalnız 3 həftədən sonra gipsdən azad olunacaq.
 
Qeyd edək ki, Kamal Mirzəyev həm də 21 yaşlılardan ibarət milli komandamızın üzvüdür.

Xəbər xətti