"Anji"yə baxışa gedəcək, erməni məşqçi qərar verəcək ÖZƏL

22 yaşlı futbolçu Qvanzav Maqomedov artıq 2 həftədir ki, AZAL-dan ayrılıb. Sportal.az-ın əldə etdiyi məlumata görə, Maqomedov “Anji”yə baxışa yollanacaq. Yoxlanışdan sonra onunla bağlı qərar veriləcək.

 

Qeyd edək ki, Rusiya Premyer Liqasında 17 turdan sonra 11-ci pillədə olan “Anji”nin yeni çalışdırıcısı erməni mütəxəssis Aleksandr Qriqoryandı. O, bu postda çexiyalı Pavel Vrbanı əvəzleyib. Əlavə edək ki, Qvanzav Maqomedov Rusiya vətəndaşıdı. 

Tarix: 9 Yanvar [11:35]
Oxunub: 846 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2017
22  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio