Yeni mövsüm I Divizionda “Şüvəlan” adı ilə mübarizə aparacaq AZAL klubu baş məşqçi Tərlan Əhmədovla bağlı qərar qəbul edib.
Sportal.az xəbər verir ki, aşağı liqa təmsilçisi Əhmədovla yolları ayırıb. 46 yaşlı mütəxəssisin hansı komandada çalışacağı məlum deyil.
Qeyd edək ki, Tərlan Əhmədov 2014-cü ildən AZAL-ı çalışdırırdı.