"Kəpəz" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı

Türkiyə toplanışından qayıtdıqdan sonra iki gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri Bakıda məşqlərə başlayıblar.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi bu gündən Bakı Olimpiya Stadionunun yardımçı meydançasında çempionatın 15-ci turunda qarşılaşacağı “Neftçi” ilə oyunun hazırlıqlarına start verib.  

 

“Sarı-göylər” fevralın 9-na kimi BOS-da hazırlıq keçəcək. Gəncə klubunun oyundan öncəki son məşqi isə görüşün keçiriləcəyi stadionda olacaq.

Tarix: 5 Fevral [17:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2019
19  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio