10-12 yaş qrupuna daxil olan futbolçuların motorik formasının dəyərləndirilməsi LAYİHƏ

Ötən laytihələrimizdə oxuculara faydalı ola biləcək bir çox araşdırma təqdim etmişdik. Hər halda uşaq futbolunun içində olanlar, yaxud övladlarını gələcəkdə futbolçu kimi görmək istəyənlər üçün bu tipli yazıların faydalı olacağına inanırıq. Bu üzdən praktiki yazılarla yanaşı araşdırma tipli layihələr də təqdim edəcəyik.

 

Uşağın inkişafı üçün bir çox amilləri yerinə yetirmək vacibdi. Azyaşlıların həm psixoloji, həm də fiziki inkişafı üçün şərtlər mövcuddu. O cümlədən müxtəlif testlər həyata keçirilir, müəyyən nəticələrə gəlinir.

 

İndi sizə təqdim edəcəyimiz çalışmanın məqsədi 10-12 yaş qrupu futbolçuların motorik performansının dəyərləndirilməsidi. Öncə onu qeyd edək ki, “Motorik” sözü güc (qüvvət), dözümlülük, sürət, elastiklik (hərəkətlilik), bacarıq (kordinasiya) xüsusiyyətlərinin yaratdığı və normal, sağlam, hər fərdin az, ya da çox sahib olduğu təməl istedadlara verilən addı. Yəni bir bədən tərbiyəsi terminidi. Təməl motorik özəlliklərin inkişaf etdirilməsi, peşəkar idmançılarda məşq adını alır. Araşdırmaya təcrübə qrupu kimi balaca futbol komandası üzvləri, yoxlama qrupu olaraq məktəb şagirdləri qatılıb.

 

Bu çalışmada şagirdlərə ümumilikdə 8 həftə, həftədə 3 gün olmaq şərtilə öyrədici oyun şəklində fiziki həcm və inkişaf özəlliklərini də nəzərə almaqla məşq proqramı tətbiq edilib.

 

Çalışmada təcrübəyə cəlb edilən uşaqların yerindən uzununa tullanma, oturduğu yerdə elastiklik, 20 metr məsafəyə sürət, pəncə qüvvəsi, turnikdə dartınma, hündürlüyə tullanma, 10x5 metr məsafəyə qaçış, ayaq qaldırma qüvvətinin ölçüləri qeydə alınıb. Əldə olunan nəticələr “SPSS 10” statistik proqramında “İndependent sample test” istifadə edilərək müqayisə olunub. Fərdlərin boy, bədən kütləsi hesablanıb. Nəticələrə gəlincə, uşaqların yerindən uzununa tullanma, oturduğu yerdə elastiklik, 20 metr məsafəyə sürət, pəncə qüvvəsi (sağ-sol), hündürlüyə tullanma, 10x5 metr məsafəyə qaçış, ayaq qaldırma qüvvətinin ölçülərində yoxlama və futbolçu qrupu arasında ciddi fərq olmayıb (p>0,05). Turnikdə dartınma isə fərq nəzərə çarpıb (p<0,05). Bunu aşağıda şəkilli tərtibatla daha dolğun şəkildə təqdim edəcəyik. 

 

Ön baxış

 

Uşaqlarda və həvəskar yeniyetmələrdə fizki durum dəyərləndirilərkən böyümə zamanı nəzərə alınmalıdı. Kiçik yaşlarından etibarən daimi olaraq çalışmalara qatılan futbolçuların fiziki və fizioliji ölçülərdə əldə etdikləri nəticələr yaşa bağlı olaraq inkişaf xəttini göstərməsi baxımından böyük önəm daşıyır. Uşaqlarda performansın birdənbirə və ya müvəqqəti olaraq yüksəlməsi izlənilir. Kiçik yaşda məşqlərə başlamağın neqativ psixoloji təsirləri ilə əlaqədar araşdırma sayı azdı.

 

Günümüzdə geniş kütlələrə xitab edən futbol, araşdırma aparanların maraq nöqtəsinə çevrilib. Futbolçuların performans və vücud xarakteristikasının digər sahələrə görə fərqli olması da yenə futbolun fərqli fəaliyyətləri ilə əlaqədardı. Futbol bir çox ölkədə məşğuliyyət halına gəlmiş bir idman növüdü. Günümüzdə qüvvətin, elastikliyin, anaerobik gücün və cəldliyin futboldakı önəmi çox böyükdü. Futbol çağımızın oyunu adlandırılmaqla, bütün ölkələrin maraqla izlədiyi və həyata keçirdiyi idman növü olaraq qarşımıza çıxır. Beynəlxalq və ya ən kiçik qrupların qarşılaşmalarında belə ən çox azarkeşi olan yarışma sırasındadı. Futbol, bir təməl aerobik (nəfəs) dözümlülük xüsusiyyəti ilə yanaşı, zaman-zaman çox şiddətli ola bilən anaerobik (fiziki) ağırlıqlı oyun xarakterini əks etdirən çoxyönlü bacarıqlar tələb edən bir idman növüdü. Burda uğur, futbolçunun fiziki, texniki, taktiki və şərti istedadları ilə müəyyənləşir. İki dövrəli oynanılan oyun müəyyən bir fizika, quruluş və şərti xüsusiyyətləri gətirməkdədi. Bu çalışmanın önəmli bir qismi oyunçuların fiziki quruluşu xüsusiyyətlərinin sərgilənməsidi. 

 

İdmanın uşağın inkişafında rolu

 

İnsan vücudu, doğulduğu anla birlikdə gələn özəlliklərdən dolayı dayanmadan hərəkət etməyə ehtiyac duyur. İnsan digər canlılarda olduğu kimi, təbiətin şərtləri ilə mübarizə aparacaq, özünü müdafiə edə biləcək, ən çətin durumlarda belə ehtiyaclarını qarşılaya biləcək quruluşa sahibdi.

 

Hazırkı dövrümüzə gələnə qədər bu quruluşun nəticəsi kimi, insanlar daim hərəkət, bir çox işi həyata keçirə bilmək məqsədilə əzələ gücündən istifadə etmək məcburiyyətində qalıb. Şərti xüsusiyyətlərin inkişaf dərəcəsi bir insanın fiziki istedadını müəyyənləşdirir. Bununla yanaşı insanın motorik xüsusiyyətləri bir-birindən spesifik, amma əlaqəli olaraq müstəqildi. Bu özəlliklərin inkişafı hər şeydən öncə təbii böyümə və yetkinləşmə müddətinə bağlı olaraq hər hansı məşq proqramına ehtiyac duyulmadan şəkillənir. 

 

Şərti motorik özəlliklərdən qüvvət və dözümlülük, şəxsin fizki istedadı, gücü və “həcmi” üzərində önəmli bir yerə sahibdi. Qüvvətin, dözümlülüyün yaşla birlikdə inkişafı və dəyişilməsi son illərdə xüsusən də inkişaf mərhələsindəki uşaqlarda diqqət cəlb edən bir mövzu olub. Yeniyetməlik, fərdin gələcək həyatına önəmli şəkildə təsir edən insan həyatının ən kritik inkişaf dönəmidi. WHO (World Health Organisation (Dünya Sağlamlıq Təşkilatı)) tərəfindən 10-19 yaşlar yeniyetməlik dönəmi hesab olunur. Bu dönəmdə sürətli fiziki böyümə və inkişaf, anatomik, fizioloji, mental, o cümlədən psixoloji dəyişikliklərə səbəb olur. Bu yaşlardakı uşaqların fiziki fəaliyyətində idmanın yeri böyükdü. İnsan orqanizmi ağır fiziki fəaliyyətlərə quruluş və funksional olaraq uyğunlaşma potensialına malikdi. Ümumilikdə fizki cəhətdən fəal olan fərdlərin fizki uyğunlaşmanın daha yaxşı olduğu bildirilir. Uşaqlara tətbiq olunan fizki və fizioloji testlər, daimi fizki fəallığın böyümə, inkişaf etmə və sağlamlığa təsirlərini dəyərləndirmək, yeniyetməlik çağındakı uşaqların uyğunlaşmalarına yardım etmə məqsədilə istifadə olunmaqdadı. Uşaqların böyümə, yetkinləşmə və fizki uyğunlu modellərində uzunmüddətli meyilləri və onların müxtəlif şiddət dərəcələrindəki məşqlərə cavablarını da bu testlər vasitəsilə müəyyənləşdirmək mümkündü. Aşağıdakı çalışma daimi məşqlərin 10-12 yaş qrupuna daxil olan oğlan uşaqlarında bəzi fizki və fizioloji parametrlər üzərində təsirlərinin araşdırılması məqsədi daşıyır. 

 

Material ve Metod 

 

Bu araşdırmaya orta yaşları 11,44±0,76 (10-12 yaş qrupu) olan futbol komandasının oyunçuları və yaşları 11,21±0,56 olan orta məktəb şagirdləri qatılıb. Onlara ümumilikdə həftədə 3 gün olmaqla 8 həftəlik məşq proqramı tətbiq olunub. Təcrübə məqsədilə dəvət edilənlərin bədən kütləsi və boy uzunluğunu ölçmək üçün tərəzi və 0,1 kq həssaslığında boyölçən istifadə olunub. Pəncə qüvvəsi əl dinamometri ilə sağ və sol əl olaraq ayrılıqda ölçülüb. 20 m sürət qaçışı, ayaq qaldırma və turnikdə dartınma testlərində elektron xronometrlər istifadə olunub. Təcrübə üçün dəvət olunanlarınarasında hər hansı bir fərqin tapılıb-tapılmadığını müəyyənləşdirmək üçün “İndependent Sample” test-statistika üsulu istifadə olunub. 

 

Şəkil 1. Boy uzunluğunu ölçmə

 

Şəkil 2. Bədən kütləsini ölçmə

 

Şəkil 3. Elastiklik testi

 

 

Şəkil 4. 10x5 m qaçış testi

 

 

Şəkil 5. Qavrama qüvvətinin ölçülməsi

 

 

Şəkil 6. Yerindən uzununa tullanma testi

 

 

Şəkil 7. 20 metr məsafəyə sprint sürətinin ölçülməsi

 

 

Şəkil 8. Ayaq qüvvəsi testi

 

 

Şəkil 9. Şaquli sıçrama testi

 

 

Şəkil 10. Turnikdə dartınma testi

 

 

Dəyişikliklər

 

Cədvəl 1. Təcrübə aparılan uşaqların yaş, çəki və boy dəyişiklikləri 

 

Dəyişikliklər

Futbolçu (n=15) A.O±S.S

Digər (n=16) A.O±S.S

P

Yaş (il)

ll,44±0,76

ll,21±0,56

0,297

Ağırlıq (kq)

34,8±4,22

35,41± 7,83

0,035

Boy (sm)

144,3± 5,45

143,93±6,28

0,474

 

Cədvəl 2. Təcrübə aparılan uşaqlarda dayanaraq yerindən tullanma, elastiklik, 20 m sürət, sağ və sol pəncə qüvvəsindəki dəyişikliklər

 

Dəyişikliklər

Futbolçu (n=15) A.O±S.S

Digər (n=16) A.O±S.S

P

DUA (sm)

134,6±13,41

133,06±17,42

0,391

Elastiklik (sm)

27,86±3,60

28,12±4,50

0,205

20 m sürət (san)

4,99±0,73

4,68±0,28

0,204

Sağ əl pəncə qüvvəsi (kq)

17,21±3,10

17,39±2,64

0,770

Sol əl pəncə qüvvəsi (kq)

16,16±2,89

16,08±2,34

0,812

 

Cədvəl 3. Təcrübə aparılan uşaqlarda turnikdə dartınma, şaquli tullanma, 10x5 metr və ayaq qaldırma dəyişikliklər

 

Dəyişikliklər

Futbolçu (n=15) A.O±S.S

Digər (n=16) A.O±S.S

P

Turnikdə dartınma (san)

31,53±7,67

25,21±6,33

0,516

Şaquli tullanma (sm)

21,4±4,33

22,06±4,28

0,794

10x5 metr (san)

48,37±3,73

48,64±3,46

0,729

Ayaq qaldırma (təkrar/san)

13,46±2,40

14,81±3,62

0,43?

 

 

 

 

 

 

 

 

 

 

Bu araşdırma zamanı həftədə 3 dəfə olmaqla 8 həftə müddətində şagirdlərin fiziki gücü və inkişaf özəllikləri də nəzərə alınaraq öyrədici xarakterli məşq proqramı tətbiq olunub. Araşdırmalarda boy, çəki, yerindən uzununa tullanma, elastiklik, 20 metr məsafəyə sprint sürət, pəncə qüvvəsi (sağ-sol), turnikdə dartınma, şaquli tullanma, 10x5 metr məsafəyə qaçış, ayaq qaldırma qüvvəsi testləri keçirilib. Əldə edilən məlumatlara görə, 1-ci cədvəldə orta yaşı 11,44±0,76 olan futbolçuların çəki 34,8±4,22 kq, boyu 144,3±5,45 sm olduğu halda, orta yaşı 11,21±0,56 olan digər təcrübə qrupunun çəkisi 35,41± 7,83 kq, boyu 143,93± 6,28 sm olaraq qeyd edilib. 1-ci cədvələ görə boy və çəki baxımından futbolçularla təcrübə aparılan uşaqlar arasında ciddi fərq olmayıb.

 

2-ci cədvəldəki məlumatlar incələnəndən sonra futbolçuların DUA-sı 134,6±13,41 sm, elastikliyi 27,86±3,60 sm, 20 metr məsafəyə sprint sürəti 4,99 ± 0,73 san, sağ əl pəncə qüvvəsi 17,21±3,10 kq, sol əl pəncə qüvvəsi 16,16±2,89 kq kimi qeyd edilib. 

 

Təcrübə qrupunun isə DUA-sı 133,06±17,42 sm, elastikliyi 28,12±4,50 sm, 20 metr məsafəyə sprint sürəti 4,68±0,28 san, sağ əl pəncə qüvvəsi 17,39±2,64 kq, sol əl pəncə qüvvəsi 16,08±2,34 kq olub. Bu da o anlama gəlir ki, qeyd edilən göstəricilər üzrə hər iki qrup arasında yenə nəzərəçarpan dəyişiklik qeydə alınmayıb.

 

3-cü cədvələ əsasən, testlərdən sonra futbolçularda turnikdə dartınma dəyişikliyi 31.53±7,67 san, şaquli tullanma 21,4±4,33 sm, 10x5 m qaçış 48,37±3,73 san, ayaq qaldırma 13,46±2,40 təkrar/san olub. Təcrübə qrupunda isə turnikdə dartınma dəyişikliyi 25,21±6,33 san, şaquli tullanma 22,06±4,28 sm, 10x5 m qaçış 48,64±3,46 san, ayaq qaldırma 14,81±3,62 təkrar/san olub. Məlumatlar incələnəndən sonra qruplar arasında turnikdə dartımada 0,01 səviyyəsində nəzərəçarpan fərqlilik ortaya çıxıb. Digər göstəricilərdə isə elə də ciddi fərq aşkarlanmayıb. 

 

İdmançı performansını dəyərləndirmək üçün çox fərqli testlər tətbiq olunur. Uşaqlar inkişaf etmə və böyümə zamanında olur. Bu dönəmdə uşaqların fizioloji sistemləri ağır məşqləri qaldırmaq səviyyəsində deyil. Bu güc yalnız inkişaf çağından sonra yaxalana bilər. Xüsusən də 12 yaşa qədər olan uşaqlar çox yüksək bir simpatik sistem fəaliyyətinə sahibdi. Bu üzdən yüksək ürək ritminin yaranması və uzun çəkən dözümlülük fəaliyyətləri onların “tutumlarının” asanlıqla tükənməsinə səbəb olur. Bu dönəmdəki uşaqların aerobik gücləri zəifdi. Yəni, kifayət qədər oksigen tutumuna sahib deyillər. Çünki ürəyin birdəfəyə təzyiqlə vurduğu qan miqdarı səviyyəsi aşağıdı. Bundan əlavə karbohidrat böyük yaşlılara nisbətən daha azdı. Burda bilinməsi lazım olan puberte (yetkinlik) çağı öncəsində beyin, sinir, ürək, ağciyərlər, böyrəklər və orqanizmin daxili mühitini sabit saxlamaq üçün (homeostasis) əlaqəli bir şəkildə çalışan fizioloji proseslər bəbəlik və uşaqlığın ilk illərində zəif olur. Bu sistemlərin inkişafı yetkinlik və daha sonrasında görülür. Yetkinlik görülən qüvvətlənmə bununla bağlı deyil, hormonal faktorların bir nəticəsi olduğu düşünülməkdədi. Bədənin məşqlərə və homoeostatik mexanizmlərin digər stresslərinə cavab vermə bacarığı 14 yaşında ən yüksək nöqtəsinə çatır.

 

Uşaq futbolu ilə bağlı araşdırma tipli nəzəri yazılarımızı davam etdirəcəyik.

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirlir”

HƏMİD

 

Tarix: 20 Fevral [15:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2018
8  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio