Yunis Hüseynov “Kəpəz”ə yeni futbolçu cəlb etdi

00:20 - 4 May 2018

“Kəpəz”in əvəzedici heyətinin üzvü Fərid Məmmədov ilk dəfə olaraq əsas komandaya çağırılıb.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov “Sumqayıt”la oyun öncəsi gənc futbolçuya dəvət göndərib. Məmmədov bu gün keçirilən məşq prosesində də iştirak edərək özünü ən yaxşı tərəfdən göstərməyə çalışıb.

 

Mövqecə sol cinah yarımmüdafiəçi olan Fəridin 18 yaşı var. O, əvəzedici heyətlə yanaşı, klubun U-19 komandasının da şərəfini qoruyur.

Xəbər xətti