Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" dünən iki dəfə məşq edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın səhər məşqi 90 dəqiqə davam edib. Fiziki çalışamalara üstünlük verilən məşqdə milli komandalardan gələn futbolçular da iştirak edib.
Ağdamlıların axşam məşqi də 90 dəqiqə davam edib. İlk məşqdən fərqli olaraq, komanda toplu çalışmaları yerinə yetirib və ikitərəfli oyunla hazırlığı tamamlayıb.
saytlarin hazirlanmasi