Pioli Əliyar Ağayevin qərarını şərh etdi - "Rəqib də cəzalandırılmalı idi"

15:22 - 22 Avqust 2025

Əliyar Ağayev UEFA Konfrans Liqası pley-off mərhələsinin "Polissya" (Ukrayna) ilə "Fiorentina" (İtaliya) arasında keçirilən ilk oyunun baş hakimi olub.

Sportal.az xəbər verir ki, qarşılaşma Florensiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Əliyar Ağayev bu matçda qonaqların hücumçusu Moyze Kinə rəqibi vurduğu üçün qırmızı vərəqə göstərib. "Fiorentina"nın baş məqşçisi Stüfano Pioli həmin epizodu şərh edib. İtaliyalı mütəxəssis Ağayevin futbolçusuna göstərdiyi qırmızı vərəqənin haqlı olduğunu bildirib:

"Moyze səhv etdi və onun hərəkəti qırmızı vərəqəyə layiq idi. Lakin rəqib də onun saçını dartdığı üçün cəzalandırılmalı idi. Kin lazımsız hərəkət etdi. O, bunlardan dərs alacaq. Bizi daha bir vacib matç gözləyir".

Xəbər xətti