"Qarabağ" Misli Premyer Liqasının II turunda "Azersun Arena"da "Sumqayıt"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, oyunun biletləri bu gün saat 14:00-dan etibarən satışa çıxıb.
Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" qarşılaşması 22 avqust tarixində saat 19:30-da baş tutacaq.
saytlarin hazirlanmasi