“Ferentsvaroş”un qapıçısı Deneş Dibus Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin ilk oyununda Budapeştdə “Qarabağ”a məğlubiyyəti (1:3) şərh edib.
Sportal.az xəbər verir ki, “Origo”ya danışan Dibus evdəki uğursuzluğa baxmayaraq, Bakıdakı görüşdə sona qədər mübarizə aparacaqlarını deyib:
"İkinci hissədə hər şey dəyişdi, rəqib üç qol vurdu. İlk hissədə də şansları var idi, amma xoşbəxtlikdən onlar bunu reallaşdıra bilmədilər. Bizim də qol imkanımız oldu, Levi qola yaxın idi. Birinci hissədən sonra layiqli şəkildə qalib gəlirdik. Heyf ki, Bentse Etvöş zədələndi. Onun gedişindən sonra ikinci hissədə meydanın mərkəzinə nəzarət edə bilmədik. "Qarabağ" üstünlüyü ələ keçirdi. İlk yarıda bizim tərəfimizdə olan nüanslar ikinci hissədə onların tərəfində oldu. Amma hər şey itirilməyib, hələ 90 dəqiqə var, təslim olmamalıyıq.
Heç olmasa hesabı 2:3-ə çatdırsaydıq, indi cavab görüşünü səbirsizliklə gözləyirdik. Ona görə də bizim vəzifəmiz birinci qolu, sonra ikinci qolu vurub Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmaqdır".
saytlarin hazirlanmasi