"Çelsi"yə görə "Bavariya"nın təklifini rədd etdi

21:24 - 19 Avqust 2025

"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaço komandadan ayrılmağa yaxındır.

Sportal.az xəbər verir ki, "Bavariya" və "Çelsi" argentinalı vingeri transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Qarnaço "Bavariya"nın təklifini rədd edib. 21 yaşlı oyunçu "Çelsi"yə keçmək istəyir. 

"Qırmızı şeytanlar" futbolçu üçün 50 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Mançester Yunayted" Alexandro Qarnaçonu 2020-ci ilin yayında "Atletiko"nun akademiyasından transfer edib. Argentina millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti