"Milan"ın futbolçusu Premyer Liqa klubuna keçir

15:15 - 19 Avqust 2025

"Lids Yunayted" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqaya qayıdan kollektiv "Milan"dan Noa Okaforun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Artıqq klublar arasında razılıq əldə olunub. "Lids Yunayted" isveçrəli vinger üçün İtaliya klubuna 21 milyon avro təzminat ödəyəcək. 25 yaşlı futbolçu yeni klubu ilə  4+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Milan" Noa Okaforu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib. İsveçrə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Napoli"də keçirib.

Xəbər xətti