"Feyrense"nin forvardı Leandro Antuneşin "Qarabağ"a keçə biləcəyi haqda xəbərlər yayılmışdı.
Sportal.az xəbər verir ki, portuqal hücumçu böyük ehtimalla Ağdam klubuna keçməyəcək.
Belə ki, 28 yaşlı futbolçunun transferi "Qarabağ" üçün prioritet məsələ deyil. Məlumata görə, Antuneş bir müddət əvvəl siyahıda yer alıb, lakin sonradan ölkə çempionu onun transferində maraqlı olmayıb.
2024-cü ildən “Feyrense”də çıxış edən forvardın müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Antuneş “Braqa”B, “Vilafrankense”, “Marinhense”, “Leyriya”(hamısı Portuqaliya) klublarında oynayıb.
saytlarin hazirlanmasi