ÇL-də pley-off həyəcanı: "Srvena Zvezda" "Pafos"a, "Reyncers" Belçika klubuna qarşı

12:34 - 19 Avqust 2025

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Sportal.az xəbər verir ki, ilk oyun günündə üç matç keçiriləcək. 

"Qarabağ" "Ferentsvaroş"un qonağı olacaq. 

"Srvena Zvezda" isə "Pafos"la qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 avqust

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)
23:00. "Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr)
23:00. "Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)

Qeyd edək ki, mərhələnin digər görüşləri avqustun 20-də keçiriləcək.

Xəbər xətti