"Real" yetirməsinin transferindən 9 milyon avro qazanacaq

22:09 - 19 Avqust 2025

Miqel Gutierresin "Napoli"yə transferi "Real"a pul qazandırıb. 

Sportal.az xəbər verir ki, müdafiəçi, neapolitanlar tərəfindən "Jirona"dan 18 milyon avroya alınıb, əlavə olaraq 2 milyon avro bonuslar da nəzərdə tutulub.

Məlumata görə, Madrid klubu bu məbləğin yarısını alacaq. Bu şərt, Gutierresin "Real"ın yetirməsi olaraq 2022-ci ildə Kataloniyanın "Jirona"ya transferi ilə bağlı müqaviləyə daxil edilib.

Xəbər xətti