AFFA prezidenti "Qarabağ"ın Macarıstandakı qələbəsi ilə bağlı paylaşım etdi

11:09 - 20 Avqust 2025

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ"ı UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubu ilə ilk matçda qazandığı qələbə (3:1) münasibətilə təbrik edib.

Sportal.az xəbər verir ki, federasiya rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşıb:

"Qarabağ" Futbol Klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, səfərdə Macarıstanın "Ferentsvaroş" komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək, turnirin Liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar, “Qarabağ".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti