"İstəyərdim ki, öz stadionumuzda, şəhərimizdə oynayaq, amma Bakıda da özümüzü yaxşı hiss edirik"

11:21 - 20 Avqust 2025

"İmişli"nin serb futbolçusu Nikola Karaklayiç Sportal.az saytına açıqlama verib.

Sol cinah müdafiəçisi komandasının Misli Premyer Liqasının ilk turunda "Turan Tovuz"a 0:1 hesablı məğlubiyyətini şərh edib:

"Növbəti həftə daha da yaxşı olacaq. Bu görüş bizim “İmişli” üçün uzun illər sonra ilk oyunumuz oldu.Təbii ki, səbirli olmalıyıq. Düşünürəm ki, hər şey daha yaxşı olacaq. Biz də yaxşı nəticə istəyirdik. Çalışmağa davam edəcəyik".

O, komandanın ev oyunlarını İmişlidə deyil, Şamaxıda keçirməsinə də münasibət bildirib:

"Sözün düzü istəyərdim ki, öz stadionumuzda, öz şəhərimizdə oynayaq. Komandamızı dəstəkləyənlər, azarkeşlər üçün də yaxşı olardı. Amma Bakıda yaxşı şəraitimiz var. BOS-da məşqlər edirik. Özümüzü də yaxşı hiss edirik, yaxşı məşq üçün hər bir şəraitə sahibik. Bakı da çox gözəl şəhərdir. Azərbaycanda ilk oyunum oldu. Doğrudur, bir neçə yoldaşlıq oyunlarına çıxmışıq. Hələ də liqa və sair haqda hər şeyi bilmirəm. Lakin deyə bilərəm ki, komandalar güclü və sürətli oynayırlar. Qarşıda oyunlarımız çoxdur. Biz çalışacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq".

Mirbağırağa

Xəbər xətti