"Şamaxı"nın qapıçısı Rikardo Fernandes Misli Premyer Liqasının 1-ci turunun "Neftçi" ilə görüşü (1:1) ilə bağlı Sportal.az saytına açıqlama verib.
Portuqaliyalı qolkiper komandasınn səfərdə bərabərə qalması haqda bu cür danışıb:
"Mövsümün açılış matçında yaxşı oyun nümayiş etdirdik. "Neftçi”yə qarşı onların meydanında oynamaq adətən çətindir. Amma hamımız yaxşı oyun sərgiləmək və sevinəcəyimiz nəticə əldə etmək üçün əlimizdən gələni etdik. Hesabda irəlidə olsaq belə, heç-heçə də yaxşı nəticədir”.
O, penalti zərbəsindən sonra qapısında gördüyü qolla bağlı da fikirlərini bildirib: "Ötən mövsüm Emin Mahmudov penalti zərbəsini özümdən sol cinaha vurmuşdu. O vaxtı topu dəf etməyə çox yaxın idim. Bu dəfə də topun həmin küncə vurulacağını düşünürdüm".
Mirbağırağa