Macarıstanın “Ferentsvaroş” klubunun hücumçusu Barnabas Varqa Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin ilk oyununda Budapeştdə “Qarabağ”a məğlubiyyəti (1:3) haqda danışıb.
Sportal.az xəbər verir ki, Macarıstanın “RTL” nəşrinə danışan macar forvard Ağdam klubu barədə fikirlərini söyləyib:
"İndi nəsə demək çətindir. İki top fərqi ilə məğlubiyyətə görə məyusuq. Amma təslim olmayacağıq. Cavab oyununda biz daha yaxşı oynamalıyıq. Düşünürəm ki, ilk hissədə rəqibdən güclü deyildik, dəyişikliklər edib cavab oyununda göstərməliyik ki, biz Çempionlar Liqasının əsas mərhələsində yer almağa layiqik. “Qarabağ”ın bizi təəccübləndirdiyini deyə bilmərəm. Amma meydanın mərkəzində çox yaxşı top saxladılar. İlk oyunu analiz etməliyik. Qarşıda daha bir görüş var. Biz “va-bank” getməliyik. İlk oyunda uduzmuşuqsa, həyatın sonu deyil".