"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Macarıstanda "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, deputan Fazil Abbas matçla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib. Millət vəkili Musa Qurbanlının fərqlənməsini xüsusi vurğulayıb. O, "Qarabağ"ı Azərbaycanın milli komandası adlandırıb:
"Bu nə komanda! Bu nə möcüzə! Soyuqqanlı geri dönüş! Budapeştdə futbol dərsi keçdilər! Musa Qurbanlının qol vurması daha çox sevindirdi. Bu qolların içində azərbaycanlı imzası çox önəmlidir. Azərbaycan futbolunun bataqlıq mühitində Qurban Qurbanov göstərdi ki, gülüstan yaratmaq mümkündür! İmtiyaz, pul- hər şey ola bilər, ancaq iradə və məsuliyyət olmasa bunlar bir işə yaramaz.
“Qarabağ”dan sonra Azərbaycan futbolunda ən azı 6 sıra boşdur. Avropada bir qələbə qazana bilməyən millimizə göstərdi ki, elə milli komandamız da “Qarabağ”dır!
Buradakı əcnəbi futbolçular bəzi milli futbolçularımızdan daha çox Azərbaycan ruhuyla oynayırlar. Bir sözlə, hamısına Halal olsun!"
saytlarin hazirlanmasi