"Barselona" ispaniyalı yarımmüdafiəçi ilə yollarını ayırdı

21:14 - 20 Avqust 2025

İspaniyanın "Barselona" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, La Liqanın son qalibi Oriol Romeu ilə yollarını ayırıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Klub 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək üçün ortaq məxrəcə gəlib.

Qeyd edək ki, "Barselona" Oriol Romeunu 2023-cü ilin yayında "Jirona"ddan transfer edib. 

Xəbər xətti