"Araz – Naxçıvan"ın qapıçısı Kristian Avram Misli Premyer Liqasının 1-ci turunun “Zirə” ilə görüşünü (1:1) şərh edib.
Sportal.az saytına açıqlama verən moldovalı qolkiper səfər görüşündən bir xalla ayrılmağın vacibliyini vurğulayıb:
"Çətin oyun oldu. Bərabərlik qolunu vura bildik. Mövsümün əvvəli üçün heç də pis nəticə deyil. Düşünürəm ki, oyundan-oyuna hər şey daha da yaxşılaşacaq. Biz bu dövrü keçib irəliyə baxmalıyıq. Artıq Konfrans Liqasındakı artıq keçmişdə qalmış oyunlarımızı düşünmürük. Bərpa olunuruq və yavaş-yavaş mövsümə başlayırıq. Premyer Liqada asan mövsüm olmayacaq”.