Azərbaycan klubuna keçmək istəmədi, Rumıniyaya yollandı - FOTO

11:33 - 22 Avqust 2025

Azərbaycana geri qayıdacağı gözlənilən Pedro Nuno Rumıniyaya yollanıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu ilə Premyer Liqamızda mübarizə aparan 2 klub maraqlanırdı. 

Lakin maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün Nuno “Otelul”la(Qalati) anlaşıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu ölkəmizdə “Səbail” forması geyinib. Son mövsümü isə “Korona”da keçirib.

Xəbər xətti