Ramil Şeydayev əvəzedici komandaya göndərildi

15:36 - 21 Avqust 2025

Baş məşqçi Samir Abasovun qərarına əsasən "Neftçi" futbolçuları Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar.

Sportal.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.

Xəbər xətti