"Qarabağ" üçün düşərli təyyarə - MARAQLI FAKT

18:49 - 21 Avqust 2025

Hamı bilir ki, həm Qurban Qurbanov, həm də "Qarabağ"da çalışan, futbol oynayanlar arasında dindar adamlar çoxdur. Dinə bağlı insanlar isə əlamətlərə inanmırlar, batil inanc kimi qəbul eləyirlər bunu. 

Amma futbolda həmişə əlamətlərə inam olub. Dahi Valeri Lobanovskidən tutmuş bir çoxları məhz belə şeylərə önəm verib. Yenə də bu, hər kəsin öz baxışına, öz aləminə bağlı məsələdir. 

"Ferenstvaroş"dan möhtəşəm qələbə ilə qayıdan "Qarabağ"la bağlı maraqlı fakt öyrənə bilmişik. İlk növbədə onu vurğulayaq ki, bütün beynəlxalq səfərlərə çarter reysiylə uçan "Qarabağ" bu dəfə də eyni üsulla yollanıb Macarıstana. 

Maraqlı fakt ondan ibarətdir ki, sən demə, 2017-ci ildə "Kopenhagen"i məğlub eləyib Çempionlar Liqasının qrupuna düşən "Qarabağ" o vaxt da səfərə eyni təyyarə ilə uçubmuş. Bu təyyarə kompakt olduğundan onu nadir hallarda kollektivlər üçün nəzərdə tutulan uçuşlara verirlər.
 
Qeyd edək ki, AZAL-a məxsus bu təyyarə adətən kiçik tərkibdə uçuş eləyənlər üçün ayrılır. 

Xəbər xətti