"Şamaxı"da penalti zərbələri ona tapşırıldı - Ayxan Abbasov seçimini yeni futbolçudan yana etdi

19:07 - 21 Avqust 2025

Mövsüm başlayanda komandalarda kapitanlarla yanaşı, digər məsələlərdə də baş məşqçilər seçimini açıqlayır. 

Bunlardan biri də penaltiləri kimin yerinə yetirməsi ilə bağlıdır. Sportal.az-ın əldə etdiyi məlumata görə, Ayxan Abbasov seçimini yeni futbolçudan yana edib. Penalti zərbələri portuqaliyalı futbolçu Rikardo Apolinarioya tapşırılıb. 

Qeyd edək ki, ikinci penalti vuran isə digər yeni transfer Kərim Rossi seçilib. 

Xəbər xətti