Nikola Krstoviç “Atalanta”ya keçib.
Sportal.az xəbər verir ki, ötən mövsüm “Leçe”nin ən yaxşı bombardiri olan hücumçu yeni komandasında 90 nömrəli formanı daşıyacaq. Bergamo klubu 25 yaşlı monteneqrolu oyunçu üçün 25 milyon avro ödəyəcək, əlavə olaraq bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, Krstoviç ötən İtaliya çempionatında 37 oyunda 11 qol vurmuşdu.
saytlarin hazirlanmasi