Polşanın "Legiya" klubunun idman direktoru Yatsek Zelinski yerli mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, klub rəsmisi Mahir Emrelinin toplanışa qatılmamasına münasibət bildirib. O, millimizin üzvünün müqavilə öhdəliyi olduğunu deyib:
"Onun bizimlə müqavilə öhdəliyi var. Emreli dekabrın 6-da komandanın digər üzvləri ilə birlikdə testlərə qatılmalıdı. Azarkeşlərin hücumuna məruz qalmış digər oyunçu Lukinyas Emrelidən fərqli olaraq, plan üzrə toplanışa qatılıb".
saytlarin hazirlanmasi