Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Önder Karaveli və 3 futboçu koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxanların səhhəti yaxşıdır və onlar karantinə alınıblar.
Türkiyə mətbuatının yazdığına görə, "Beşiktaş" Super Liqanın 20-ci turunun "Rizəspor"la oyununun ləğv olunması üçün federasiyaya müraciət edəcək.
saytlarin hazirlanmasi