Filip Ozobiç: "Azərbaycan millisində oynamaq qərarına gəldiyim üçün peşman deyiləm"

11:33 - 10 Yanvar 2022

"Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportal.az 30 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

 

"Bir neçə "Hayduk" azarkeşi mənə dedi ki, yenidən "ağ-qaralar"da oynamalıyam. Amma bildirdimki, klubumla daha il yarımlıq müqaviləm var. "Qarabağ"dan razıyam. "Hayduk"un yaxşı mövsüm keçirməsinə şadam və ümid edirəm ki, bu, sona qədər davam edəcək.

 

Şəhərə çıxanda insanlar məni tanıyır, amma tez-tez yaxınlaşmırlar. Bəziləri bizdən şəkil çəkdirməyimizi xahiş edir, bu, arabir olur. Futbolu izləyən, kimin harada oynadığını bilir, amma belə Splitdəki kimi eyforiya yoxdur.

 

Azərbaycan millisində oynamaq qərarına gəldiyim üçün peşman deyiləm. Gördüm və bilirdim ki, Xorvatiyadan mənə zəng etməyəcəklər. Ona görə də bacararamsa, Azərbaycana niyə kömək etməyim?"

Xəbər xətti