Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Domenek Torrent ilə anlaşıb. Bu barədə "cim bom"un prezidenti Burak Elmas məlumat verib. 60 yaşlı mütəxəssis İstanbula gələrək "sarı-qırmızılar"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Domenek Torrent uzun illər Pep Qvardiolanın köməkçisi olub. İspaniyalı məşqçi "Nyu York Siti" və "Flamenqo"nu da çalışdırıb.
saytlarin hazirlanmasi