Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk olaraq "Baçka Topola" (Serbiya) ilə üz-üzə gələcək. Əsas komandanın meydana çıxacağı matç Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
"Qarabağ" günün ikinci yarısında "Slyonsk"u (Polşa) sınağa çəkəcək. Klubun ikinci heyətinin meydana çıxacağı görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
"Qarabağ" ilk matçında Rumıniya "Qaz Metan"ı ilə qolsuz heç-heçə edib.