Türkiyənin "Fənərbaxça" klubunun 2 futbolçusu koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. COVİD-19 testlərinin nəticəsi pozitiv çıxan oyunçuların adları açıqlanmayıb.
Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində yanvarın 22-də səfərdə "Sivasspor"un qonağı olacaq.
saytlarin hazirlanmasi