Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Ayaks"ın futbolçusu Danilonu heyətinə qatmaq istəyir. "Sarı-lacıvərdlilər" Amsterdam klubunda ehtiyatda qalan braziliyalı oyunçunun keçidi üçün 1,5 milyon avro təklif edib. Niderland klubu bu təklifə hələ ki cavab verməyib.
22 yaşlı hücumçu 2017-ci ildə 2 milyon avro qarşılığında "Santos"dan "Ayaks"a keçib.
saytlarin hazirlanmasi