Türkiyənin "Beşiktaş" klubu hücum xəttini gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Çinin "Quançjoy" klubundan ayrılan Elkesonu heyətinə qatmaq istəyir. 32 yaşlı azad agent statuslu futbolçu isə ölkəsi Braziliyaya qayıtmaq istəyir. Təcrübəli hücumçu ilə "İnternasyonal", "Botafoqo" və "Palmeyras" klubları da maraqlanır.
Çin millisində 13 oyun keçirmiş Elkeson yaxın günlərdə qərarını verəcək.
saytlarin hazirlanmasi