Portuqaliya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” doğma meydanda “Vizela” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
Renat da bu görüşün iştirakçısı olub. O, matçın 82-ci dəqiqəsində meydana buraxılıb.
“Tondela” 19 turdan sonra 17 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi