Türkiyənin "Başakşəhər" klubu Azərbaycan millisinin üzvü Mahir Emrelini heyətinə qatmaq üçün fəaliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, futbolçu ilə şəxsi razılıq əldə etdiyi bildirilərən İstanbul təmsilçisi onun müqavilə ilə məxsus olduğu "Legiya" ilə də danışıqlara başlayıb. Türkiyəli jurnalist Yağız Sabuncuoğlu özünün rəsmi tvitter səhifəsində yazır ki, "Başakşəhər" Emreli üçüb qarşı tərəfə 750 min avroluq (təxminən 1,5 milyon manat) təklif göndərib.
Komandanın azarkeşləri ilə insident yaşayan Mahir "Legiya"dan ayrılmaq istəyir. O, varşavalılarən qış toplanışına qatılmayıb.