Türkiyənin "Qalatasaray" klubunda 2 ayrılıq yaşanıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi DeAndre Yedlinlə yollarını ayırıb. ABŞ millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Sarı-qırmızılılar" yarımmüdafiəçi Atalay Babacanı isə icarəyə verib. 21 yaşlı futbolçu mövsümün sonunadək I Liqa təmsilçisi "Ümraniyespor"da çıxış edəcək.
Qeyd edək ki, "Qalatasaray" DeAndre Yedlini 2021-ci ilin yanvarında "Nyukasl"dan transfer etmişdi. Atalay Babacan isə "cim bom"un yetirməsidir.
saytlarin hazirlanmasi