Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Beşiktaş"dan Salih Uçanı heyətinə cəlb edib. 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında "bayquşlar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Salih Uçan "Beşiktaş"a 2021-ci ilin yayında "Alanyaspor"dan keçib. Təcrübəli futbolçu "qara qartallar"ın heyətində 15 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi