Lempard Premyer Liqaya qayıdır

19:30 - 29 Yanvar 2022

İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

 

Sportal.az xəbər verir ki, Liverpul təmsilçisi Frenk Lempardla razılıq əldə edib. İngiltərə mətbuatının yazdığına görə, təyinat 24 saat ərzində rəsmən açıqlanacaq.

 

43 yaşlı mütəxəssis "Everton"un baş məşqçisi postunda bir neçə gün əvvəl istifaya göndərilmiş Rafael Benitesi əvəz edəcək.

 

Qeyd edək ki, Frenk Lempard daha əvvəl "Derbi Kounti" və "Çelsi"nin baş məşqçisi olub.

Xəbər xətti