"Marsel" - "Qarabağ" matçının keçiriləcəyi yer açıqlandı

10:26 - 1 Fevral 2022

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə səfər oyunu Fransada olacaq.

Sportal.az xəbər verir ki, Fransa hökuməti klubun müraciətini müsbət cavablandırıb.

Fransanın idman naziri Roksana Marasinyanu Çin və Rusiya peyvəndindən istifadə edən idmançıların ölkəyə gələ biləcəyini açıqlayıb. Futbolçular qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər

"Qarabağ"ın futbolçularına vurulmuş "Sinovac" vaksini Fransada qəbul olunmadığından oyunun neytral ölkədə keçirilməsi variantı gündəmdə idi.

"Qarabağ"ın "Marsel"lə ilk matçı fevralın 17-də səfərdə, cavab görüşü isə fevralın 24-də Bakıda olacaq.

Xəbər xətti