Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu "Dinamo"da debüt edəcəyi vaxt məlum olub.
Sportal.az xəbər verir ki, 25 yaşlı forvard Zaqreb təmsilçisinin ölkə çempionatında "İstra 1961" komandasına qarşı oyununda meydana çıxacaq.
"İstra 1961" - "Dinamo" qarşılaşması fevralın 6-da Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.
Polşa "Legiya"sı ilə yollarını ayıran Emreli Xorvatiya klubu ilə 4,5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi