"Bursaspor"da çıxış edən milli komandamızın üzvü Namik Ələskərov yerli mətbuata müsahibə verib.
Sportal.az xəbər verir ki, 27 yaşlı vinger Antalyada baş tutan təlim-məşq toplanışını dəyərləndirib, komandasının durumu və öz gələcəyi haqda danışıb:
"Təlim-məşq toplanışımız yaxşı keçir, yaxşı hazırlaşırıq. Toplanışın son günləridir. Həm fiziki, həm dətaktiki olaraq çalışdıq. Məncə hazırlıq bizim üçün çox yaxşı keçdi. Önümüzdəki matçlarda bunun xeyrini görəcəyik. "Bursaspor"a çempionluq hədəfi ilə gəlmişdik, amma hazırda pis durumdayıq, hədəflədiyimiz yerdə deyilik. Mənim üçün çətin durum oldu. Amma "Bursaspor"un nə qədər böyük komanda olduğunu bilirik. İnanırıq ki, bu vəziyyətdən çıxacağıq və daha yaxşı yerlərə gələcəyik.
Bu mövsüm mənim oynadığım matçlarda bir dəfə penalti oldu, onu da qola çevirdim. Ondan başqa cərimə zərbəsi və penalti şansım olmadı. Amma olsa, təbii ki, dəyərləndirmək istəyərəm. Adətən sağ cinahda vinger mövqeyində oynayıram. Amma ötən mövsüm keçmiş komandamda hücumçu mövqeyində oynadım. Seçim etmək təbii ki, çətindir. Amma özümü hücumda daha rahat hiss edirəm. Komanda içində, məşqçilərlə də danışdıq. Biz diqqətimizi tamamilə meydanın içinə yönəldirik. Bizim işimiz meydançadadır. Əlimizdən gələni etmək istəyirik və meydandan kənarda baş verənlərlə Konsentrasiyamızı pozmaq istəmirik. Kənar olaylarla çox da maraqlanmırıq.
Təlim-məşq toplanışını yaxşı keçiririk və baş məşqçimizin bizimlə olduğunu hiss edirik. Danışıqları ilə bizə dəstək və motivasiya verir. Məncə çox yaxşı məşqçidir. Azərbaycanda hər kəs "Bursaspor"un nə qədər böyük klub olduğunu bilir. Bu möbsüm istədiyimiz kimi olmadı, amma inşallah düzələr. Uzun illər "Bursaspor"da oynamaq istəyirəm. Burada həqiqətən də xoşbəxtəm. İnanırıq ki, bu il bütün problemlər həll olunar və "Bursaspor" növbəti il daha iddialı olar, mən də bu formanı geyməyə davam edərəm.
Bu mövsüm çox məşqçi dəyişikliyi oldu. Hər məşqçinin istəkləri fərqli olur. Mən ötən mövsüm ikili hücumçudan biri kimi oynayırdım. Ona görə də qola daha yaxın idim. Bu mövsüm isə daha çox cinahda oynayıram. Şəxsi olaraq hədəfim komandaya daha çox xeyir verməkdir. Daha çox qol vurmaq və asist etmək istəyirəm. Hazırda ən önəmli hədəfimiz olduğumuz vəziyyətdən çıxmaq, aşağı pillələrdən qurtulmaqdır. Ondan sonra isə bacardığımız qədər xallar toplayıb yuxarı pillələrə qalxmaq istəyirik. "Bursaspor"a gələrkən Super Liqaya çıxmağı xəyal edirdim. Bu il olmadı. Hazırki durumumuz belə göstərir. Amma bir az toparlanıb ard-arda qələbələr qazansaq hər şey ola bilər. Bu mövsüm olmasa, növbəti mövsüm "Bursaspor"la Super Liqaya çıxmaq istəyirəm".
saytlarin hazirlanmasi