Türkiyə I Liqasında 22-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" doğma meydanda "Samsunspor"u qəbul edib. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 27 yaşlı vinger 71-ci dəqiqədə əvəzlənib.
22 turdan sonra 27 xal toplayan "Ankara Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi