Nazarov 90 dəqiqə oynadı, komandası uduzdu

18:30 - 5 Fevral 2022

Almaniya II Bundesliqasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" səfərdə "Sandhauzen"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. Matça start heyətdə başlayan 31 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.

 

21 turdan sonra 15 xal toplayan "Ersgebirge" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti