Türkiyə I Liqasında 22-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" doğma meydanda "Altındordu"nu qəbul edib. Matç Bursa təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.
Namik Ələskərov da bu görüşün iştirakçısı olub. Matçda start heyətdə başlayan 27 yaşlı vinger 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunun ötürməsini də o verib.
Xallarını 23-ə yüksəldən "Bursaspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi