Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən güclü 200 klubunu təqdim edib.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb. Ağdam klubu dünya reytinqində 162-ci pillədə qərarlaşıb. "Atlılar"ın hesabında 85.6 xal var.
Braziliyanın "Atletiko" (Mineyro) klubu 1-ci, Niderland "Ayaks"ı 2-cidi. 3-cü yeri digər Braziliya təmsilçisi "Palmeyras" tutur.
Reytinq 1 fevral 2021-ci il - 31 yanvar 2022-ci il tarixlərini əhatə edib.