"Qarabağ" və Kadi üçün əlamətdar qol

16:51 - 8 Fevral 2022

“Qarabağ” “Neftçi” ilə çempionat matçlarında vurduğu qolların sayını 100-ə çatdırıb. 

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley 15-ci tur çərçivəsində baş tutan Azərbaycan derbisinə təsadüf edib.
 

Belə ki, 2:1 hesablı qələbə qazanan Ağdam klubunun 2-ci qolu prinispial rəqibin qapısından keçirilən 100-cü top olub. Bu əlamətdar qolun müəllifi kimi Kadi Borges tarixə düşüb.
 

30 illik rəqabətdə “Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi isə Zaur Qarayevdir. O, 1992-ci il sentyabrın 26-da keçirilmiş qarşılaşmada (1:1) fərqlənib.

Xəbər xətti