Azərbaycan Qolf Federasiyasına yeni prezidenti seçildi

12:08 - 10 Fevral 2022

Azərbaycan Qolf Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Sportal.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşib.

Rauf Xəlilov federasiya prezidenti seçilib.

Azərbaycan Qolf Federasiyası 2018-ci ildə fəaliyyətini dayandırıb. Həmin vaxta qədər federasiyaya sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edirdi.
​

Rauf Xəlilov isə məşhur iş adamı, İSR Şirkətlər Qrupunun sahibi İsgəndər Xəlilovun oğludur.

Xəbər xətti