Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Aue təmsilçisi doğma meydanda “Holştayn Kil”i qəbul edib və oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
Görüşə start heyətdə çıxan Nazarov fasilədə əvəzlənib. Yarımmüdafiəçi 33-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, 22 turdan sonra 15 xalı olan “Ersgebirge” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi